İtaliyada dəmiryolçular tətil edirlər

08.07.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Roma, 8 iyul, AZƏRTAC

İtaliyada dəmir yolu nəqliyyatında milli tətil elan olunub.

AZƏRTAC xəbər verir ki, bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə dəmiryol işçiləri tətil ediblər.

Ötən gün saat 21:00-dan iyulun 8-i saat 18:00-dək davam edəcək tətil səbəbindən paytaxt Romanın “Termini” stansiyasında dəmir yolu xətlərinin hərəkətində fasilələr yaranıb. Bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub.

Bir çox regional qatar ləğv edilib. Paytaxtın “Fiumicino” hava limanında, eləcə də Milanın “Malpensa” aeroportunda ekspress qatarların hərəkəti dayanıb.

“Trenitalia” şirkəti sərnişinlərə stansiyalara getməzdən əvvəl məlumatları dəqiqləşdirməyi və mümkün olduqda səfərlərinin vaxtını dəyişdirməyi tövsiyə edib. Tətil ölkənin digər böyük şəhərlərində də dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью