İtaliyada əhalinin 4,6 milyon nəfərini yaşlılar təşkil edir

23.05.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Roma, 23 may, AZƏRTAC

İtaliyada əhalinin 4,6 milyon nəfərini yaşlılar təşkil edir ki, bu da 10 yaşa qədər uşaqların sayından çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Məlumata görə, İtaliyada doğum səviyyəsi kəskin aşağı düşüb, ötən il 370 min uşaq doğulub. Ölkədə doğuş qabiliyyəti də azalıb, doğum nisbəti isə tarixi minimuma enib. Bunun əvəzində əhali arasında qocaların sayının nisbəti sürətlə artır. Belə ki, ölkədə ömür uzunluğu 83,4 yaşa çatıb.

Bundan başqa, İtaliya əhalinin sayındakı azalma 2014-cü ildən bəri fasiləsiz davam edir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью