İtaliyada ən yaxşı futbolçu seçildi

13.11.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Futbol üzrə Türkiyə yığma komandasının üzvü Hakan Çalhanoğlu İtaliyanın "İnter" komandası tərəfindən oktyabr ayının ən yaxşı futbolçusu seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan yayılan açıqlamada bildirilib. Hakan Çalhanoğlunun azarkeşlərin səsi ilə birinci olduğu vurğulanıb.

Qeyd edək ki, ulduz futbolçu oktyabr ayı ərzində 4 qol vurub. Təcrübəli yarımmüdafiəçi UEFA Çempionlar Liqası çərçivəsində "Union Saint-Gilloise" ilə qarşılaşmada bir dəfə fərqlənib. O, “Napoli”nin qapısından 1, “Fiorentina”nın qapısından 2 top keçirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью