İtaliyada helikopter qəzası zamanı üç nəfər ölüb

06.02.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Roma, 6 fevral, AZƏRTAC

İtaliyanın Parma əyalətinin Kastelqelfo qəsəbəsində helikopter qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, qaza nəticəsində 3 nəfər həlak olub. Xilasedicilər helikopterin qalıqları arasından bir sərnişin və iki pilotun cəsədini çıxarıblar.

Sərnişin Lorenzo Rovaqnati “Gran Biscotto” şirkətinin varislərindən biridir. Helikopter Rovaqnati ailəsinə məxsus Orta əsrlərə aid qəsrin ərazisində qəzaya uğrayıb.

Qəzaya güclü dumanın səbəb olduğu bildirilib. Uçuşların Təhlükəsizliyi üzrə Milli Agentlik qəza ilə bağlı araşdırmaya başlayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью