Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliyada idman jurnalisti amansızlıqla qətlə yetirilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
İtaliyada idman jurnalisti Luka Esposito qətlə yetirilib.
QOL.az bu barədə İtaliya mediasına istinadən xəbər verir. 53 yaşlı jurnalistin meyiti Eboli şəhərində tapılıb. O, “Salerno” qəzetində çalışır, həmçinin “Tutto Salernitana” saytının baş redaktoru vəzifəsini icra edirdi.
Məlumata görə, Espositonun şəxsiyyəti hadisə yerində tərk edilmiş avtomobil sayəsində müəyyənləşdirilib.
Yanğınsöndürənlər tərəfindən aşkarlanan jurnalistin meyiti ciddi şəkildə yanmış vəziyyətdə olub. Ekspertizanın nəticələrinə əsasən, Luka Esposito əvvəlcə güllələnib, daha sonra isə yandırılıb.
Hazırda hüquq-mühafizə orqanları qətlin səbəblərini və hadisənin bütün detallarını araşdırır.