İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

22.07.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyada idman jurnalisti Luka Esposito qətlə yetirilib.

Fanat.Az bu barədə İtaliya mediasına istinadən xəbər verir ki, 53 yaşlı jurnalistin meyiti Eboli şəhərində tapılıb. O, “Salerno” qəzetində çalışır, həm də “Tutto Salernitana” saytının baş redaktoru vəzifəsini yerinə yetirirdi edirdi.

Bildirilir ki, jurnalistin şəxsiyyəti hadisə yerində tərk edilmiş avtomobil sayəsində müəyyənləşdirilib.

Yanğınsöndürənlər tərəfindən aşkarlanan jurnalistin meyiti ciddi şəkildə yanmış vəziyyətdə olub və ekspertizanın nəticələrinə əsasən, Esposito əvvəlcə güllələnib, daha sonra isə yandırılıb.

Hazırda araşdırma aparılır.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью