İtaliyada ilk Pop Mədəniyyəti Muzeyi açılıb

17.11.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Roma, 17 noyabr, AZƏRTAC

İtaliyanın Turin şəhəri yaxınlığında ilk Pop Mədəniyyəti Muzeyi açılıb

AZƏRTAC xəbər verir ki, Lago Grande sahilində yerləşən bu muzey hər yaşdan olan həvəskarlar üçün 50 illik tarixə fantastik səyahət təqdim edir. Kolleksiyaçı İtalo Allaisin yaratdığı muzeydə 50 illik pop mədəniyyəti tarixini əhatə edən 1000-dən çox eksponat nümayiş olunur.

Burada ziyarətçilərə müxtəlif heykəllər və kolleksiyalar, vintage vinil valları və çaplar, orijinal film afişaları, nadir komikslər və digər xatirə əşyalar təqdim edilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью