Icma.az, Oxu.az saytına istinadən bildirir. İtaliyada İranın diplomatik nümayəndəliyinin əməkdaşı Abbas Bayani vəfat edib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İranın İtaliyadakı səfirliyi xəbər verib.
Səfirliyin rəsmi açıqlamasında bildirilir: "Həqiqətən, biz Allaha məxsusuq və ona qayıdacağıq...
Dərin kədərlə onun ailəsinə, həmkarlarına və dostlarına başsağlığı veririk.
Onun sədaqəti və səmimi xidməti səfirlik kollektivinin yaddaşında uzun müddət qalacaq." Diplomatın ölüm səbəbləri barədə hələlik məlumat verilməyib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.