İtaliyada itkin düşən alpinistlərin axtarışı əlverişsiz havaya görə dayandırılıb AZƏRTAC

23.12.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Roma, 23 dekabr, AZƏRTAC

İtaliyanın Qran Sasso dağında itkin düşən iki alpinistin axtarışı əlverişsiz hava şəraiti səbəbindən dayandırılıb.

AZƏRTAC xəbər verir ki, xilasetmə qrupları bölgədə qar və güclü külək səbəbindən hava şəraitinin getdikcə pisləşdiyini və axtarışların dayandırıldığını açıqlayıb. Bildirilir ki, hava şəraiti normallaşdıqda və xilasedicilərin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi mümkün olanda axtarışlar bərpa ediləcək.

Qeyd edək ki, Apennin dağlarındakı Qran Sasso zirvəsinə qalxan iki alpinist ötən gün itkin düşüb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью