Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliyada sellüloz-kağız sənayesi müəssisələrinin təxminən 20%-i enerji xərclərinin artması səbəbindən fəaliyyətini dayandıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “Sole 24 Ore” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, kağız fabriklərinin ən azı 20%-i böhran vəziyyətindədir. Enerji xərcləri azalmayacağı təqdirdə, müəssisələr yaxın həftələrdə istehsalı dayandırmağı nəzərdən keçirirlər.
Qeyd olunur ki, İtaliyada 2026-cı ildə artıq altı kağız fabriki bağlanıb. Bəzi şirkətlər isə zərərlə işləməyə davam edir.
Məqalədə vurğulanır ki, yanacağın qiymətinin kəskin artması hazırda ölkənin kağız sənayesi üçün əsas problemlərdən biridir.
Xədicə BAXIŞLI