İtaliyada klubunu dəyişəcək

04.02.2026

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Milan” heyətinə yeni oyunçu cəlb edəcək.

"Football-plus.az" xəbər verir ki, İtaliya nəhəngi “Verona”dan Alfaco Sisseni transfer edib. 19 yaşlı yarımmüdafiəçinin transferi üçün “Verona”ya  8 milyon avro ödəniləcək.
Müqavilədə 1,5 milyon avro bonus da nəzərdə tutulub. Sisse Milana yayda yollanacaq.
Yeniyetmə futbolçu bu mövsümün sonuna qədər icarə əsasında çıxış etdiyi “Katanzaro”da qalacaq. Alfaco B seriyasında meydana çıxdığı 21 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью