Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə yapışdırılmış banan çərşənbə günü 6,2 milyon dollara satılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə “Sotheby's" hərrac evinin “X” sosial şəbəkəsində səhifəsində məlumat verilib.
"Dünyanın ən sensasiyalı bananı indicə 6,2 milyon dollara satılıb", - paylaşımda deyilir.
“Komediyaçı” instalyasiyasının təxmini dəyəri 1-1,5 milyon dollar arasında müəyyən edilib.
Nəticədə lot Çindən olan kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb.
"Mən indicə banan aldığımı elan etməkdən həyəcanlıyam", - Castin San “X”də yazıb. "Bu, adi sənət əsəri deyil.
Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir.