futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliyada iki medal qazanan avarçəkənlərimiz vətənə qayıdıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, akademik avarçəkmə üzrə təşkil olunan “Paolo d’Aloja” xatirə turnirində komandamız iki medal qazanıb. Nurlan Paşayev-Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.