İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

05.10.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 5 oktyabr, AZƏRTAC

İtaliyanın Latsio regionundan olan minlərlə fermer kənd təsərrüfatında artan xərclərə və sahədə yaranan problemlərə etiraz olaraq Romada aksiya keçirib.

AZƏRTAC İtaliyanın “Askanews” informasiya agentliyinə istinadla xəbər verir ki, nümayiş iştirakçıları dizel yanacağı və gübrələrin bahalaşması səbəbindən artan istehsal xərclərinin azaldılmasını, çətinliklə üzləşən kənd təsərrüfatı sahələrinə dəstək verilməsini tələb ediblər.

Fermerlər, həmçinin iqlim dəyişiklikləri və vəhşi heyvanların kənd təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması üçün təcili tədbirlərin görülməsinə çağırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью