İtaliyada miqrantları daşıyan qayıq batdı

01.01.2025

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantların olduğu kiçik qayıq batıb.

Biri azyaşlı olmaqla 7 nəfər İtaliya maliyyə polisinin patrul gəmisi tərəfindən xilas edilib. Beşi qadın və üçü azyaşlı olmaqla ümumilikdə 20 miqrantın itkin düşdüyü bildirilir. İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri qayığın batdığı ərazidə axtarışlar aparır.

Liviyanın Zuvara şəhərindən yola çıxan qayıqda əsasən Suriya, Sudan və Misir vətəndaşları olub. Xilas edilən mühacirlər İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri vasitəsilə adadakı miqrant düşərgəsinə gətirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью