İtaliyada müəmmalı ölümlər baş verib

13.01.2026

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın Castiglion Fiorentino kommunasında 14 nəfər qeyri-müəyyən şəraitdə dünyasını dəyişib.

Reyting.az İtaliyanın “Corriere Fiorentino” qəzetinə istinadla xəbər verir ki, 2026-cı ilin ilk 10 günündə Castiglion Fiorentino kommunasında artıq 14-dən çox adam ölüb.

Müəmmalı ölümlərin səbəbləri hələ bilinmir. “Bəzi ailələr dünyasını dəyişmiş əzizləri ilə vidalaşmaq, dəfn yeri hazırlamaqdan ötrü növbəyə durmaq məcburiyyətindədir. Əvvəllər heç vaxt, hətta COVID-19 pandemiyası zamanı belə vəziyyət olmamışdı”, - deyə kommunanın meri Mario Aqnelli bildirib.

V. QULİYEV


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью