İtaliyada neft emalı zavodunda güclü partlayış olub AZƏRTAC

09.12.2024

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Roma, 9 dekabr, AZƏRTAC

İtaliyanın “Eni” neft-qaz şirkətinin Florensiya əyalətinin Kalenzano şəhərindəki neft emalı zavodunda güclü partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, əraziyə mülki müdafiə qüvvələri, təcili tibbi yardım maşınları və hüquq-mühafizə orqanları cəlb olunub. Partlayış zavodun anbarlarından birində baş verib, daha sonra güclü yanğına səbəb olub və meydana gələn qatı tüstü geniş əraziyə yayılıb.

Toskana regionunun prezidenti Eugenio Giani hadisə nəticəsində xəsarət alanların olduğunu bildirib.

Kalenzano şəhərinin giriş-çıxış yolları bağlanıb, qatarların fəaliyyəti dayandırılıb. Bölgədəki xəstəxanalar və təcili yardım mərkəzləri xəbərdar edilib.

Şahidlər güclü partlayışın evlərdə hiss edildiyini bildiriblər. Partlayış yaxınlıqdakı bəzi sənaye binalarının şüşələrinin qırılmasına səbəb olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью