İtaliyada plastik tullantı zavodu yanır, xəsarət alan yoxdur

04.02.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 fevral, AZƏRTAC

İtaliyanın Palermo şəhərində plastik tullantıların emalı zavodunda güclü yanğın baş verib.

AZƏRTAC İtaliyanın Adnkronos agentliyinə istinadla xəbər verir ki, alov zavodun açıq sahədəki tullantı yığınlarını sürətlə bürüyərək minlərlə kvadratmetr ərazini əhatə edib. Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb olunsa da, yanğının söndürülməsi istiqamətində əməliyyatlar hələ də davam edir.

İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью