İtaliyada qalacaq

23.01.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Milan”ın müdafiəçisi Emerson Royal Çempionlar Liqasının VII turunda “Jirona”ya 1:0 hesabı ilə qalib gəldikləri matçda zədələnərək, oyunun 4-cü dəqiqəsində əvəzlənib.

Futbolpress.az xəbər verir ki, 26 yaşlı futbolçunun müayinələr zamanı baldır əzələsində ciddi problem olduğu üzə çıxıb.

Emersonun yanvarda “Qalatasaray”a transfer olunacağı düşünülürdü və “Fulhem” də braziliyalı oyunçu ilə maraqlanırdı. Lakin zədəsi səbəbindən futbolçu bu qış “rossonyerilər”in düşərgəsində qalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью