İtaliyada qədim bina tapıldı

07.08.2026

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

İtaliyanın paytaxtı Romada “Çelio” təpəsində mozaikalar, freskalar və bəzəkli tavanlarla zəngin qədim Roma dövrünə aid bina aşkar edilib.

Kulis.az xəbər verir ki, arxeoloqlar indiyədək tikilinin səkkiz otağını müəyyən ediblər.
Onlardan beşi tamamilə qazılıb, digər üçünün qazıntısı isə irəliləyən vaxtlarda planlaşdırılır.
Qazıntı heyətinin rəhbərinin sözlərinə görə, proses zamanı. II və III əsrlərə aid üst-üstə iki fərqli mozaika təbəqəsi və rəngli tavan hissələri üzə çıxarılıb.
Tikilinin otaqlarından birində delfin və balıq motivləri ilə bəzədilmiş həndəsi naxışlı mozaika xüsusilə diqqət çəkir.
Tədqiqatçılar dəbdəbəli bəzəklərinə görə bu tikilinin antik Romanın kübar ailələrindən birinə aid malikanə və ya qədim yanğınsöndürən birliyinin kazarması olduğunu ehtimal edirlər.
Qeyd edək ki, qazıntı və bərpa işləri Avropa İttifaqının dəstəklədiyi “İtaliya Milli Bərpa və Davamlılıq Planı” çərçivəsində davam etdirilir.

Şuşadakı abidələrin korlanması qadağan edildi Qəbələdə "GabalaFest" möhtəşəm qala-konsertlə başa çatdı Yeni “Hörümçək adam” filminin treyleri yayımlandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью