İtaliyada Siciliya mafiyasına qarşı əməliyyatda 181 nəfər saxlanılıb

11.02.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın Palermo şəhərində “Siciliya mafiyası” kimi tanınan “Cosa Nostra” cinayət təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “İhlas” Xəbər Agentliyi məlumat paylaşıb.

Polis əməliyyatda 181 nəfərin saxlanıldığını bildirərək şübhəlilərin narkotik ticarəti, adam öldürməyə cəhd, qəsb, qanunsuz qumar oyunları və qanunsuz odlu silah saxlama kimi müxtəlif cinayətlərdə ittiham olunduğunu deyib.

Qeyd olunub ki, digər cinayətlərə görə artıq həbsdə olan 33 şübhəli barəsində də əlavə həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью