525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin yayı İtaliyada 1950-ci ildən bəri rekord səviyyədə ən isti yay olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Tədqiqat Şurası (CNR) tərəfindən yayımlanan açıqlamada deyilir.
Bildirilir ki, ölkə üzrə orta temperatur 24,3 dərəcə selsiyə çatıb.
Məlumata görə, 2026-cı ilin yanvar-avqust ayları arasında əvvəlki ilin eyni dövrü ilə müqayisədə hər ay temperatur artıb.
Avqust ayında qeydə alınan ölkə üzrə orta temperatur – 25,6 dərəcə selsi 1951-1980-ci illərdəki orta temperaturdan 5,2 dərəcə, 1991-2020-ci illərdəki orta temperaturdan isə 3,5 dərəcə yüksək olub.
İbrahim Cəfərov