Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İtaliyanın sabiq Baş naziri Cüzeppe Konte rəhbərlik etdiyi "5 Ulduz Hərəkatı"nın Ukraynaya silah tədarükünün əleyhinə səs verəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "La Stampa" qəzeti məlumat yayıb.
Konte bildirib ki, partiyası Ukraynaya növbəti silah tədarüklərinin təsdiqlənməsini dəstəkləməyəcək.
"Biz Ukraynaya silah tədarükünün davam etdirilməsinin lehinə səs verməyəcəyik", – deyə o vurğulayıb.
Sabiq baş nazirin sözlərinə görə, "5 Ulduz Hərəkatı" münaqişə tərəfləri arasında danışıqlarda dönüş nöqtəsinə nail olunmasının tərəfdarıdır.
Politico nəşri isə yazır ki, Kontenin bu mövqeyi 2027-ci il parlament seçkiləri ərəfəsində İtaliyanın sol siyasi düşərgəsində Ukrayna məsələsi ilə bağlı fikir ayrılıqlarını daha da dərinləşdirib.
Qeyd edək ki, daha əvvəl İtaliyanın müxalifətdə olan "Milli Gələcək" Partiyasının deputatları da Ukraynaya hərbi yardımın tam dayandırılmasını təklif etmişdilər.
Xədicə BAXIŞLI