Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir. İtaliyanın Viterbo şəhərində Tuscia universitetində güclü yanğın baş verib.
“Qafqazinfo” “L'Unione Sarda” portalına istinadən xəbər verir ki, yanğın universitetin hazırda təmir işləri aparılan kənd təsərrüfatı fakültəsinin dam hissəsində qeydə alınıb.
Hadisə nəticəsində damda işləyən işçilərdən biri itkin düşüb. Hazırda onun axtarışları davam etdirilir.
Eyni zamanda, tələbə və müəllimlər universitetdən təxliyə edilib. Yanğının başqa binaya da keçdiyi qeyd olunub.
Yanğının görüntülərini təqdim edirik: Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.