İtaliyada yaşayış binasında yanğın olub, 3 nəfər ölüb

11.10.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Roma, 11 oktyabr, AZƏRTAC

İtaliyanın Milan şəhərindəki 4 mərtəbəli yaşayış binasındakı mənzillərin birində yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb. Binadan ümumilikdə 40 nəfər təxliyə edilib, 8 nəfər yüngül xəsarət alıb, 19 nəfər isə tibbi müayinədən keçmək üçün xəstəxanaya çatdırılıb.

Yanğın tam söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью