İtaliyada yerli seçkilər keçirilir

25.05.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Roma, 25 may, AZƏRTAC

İtaliyanın bəzi bölgələrində regional seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, təxminən 2 milyon seçici 117 bələdiyyə və 4 əyalət paytaxtı üzrə yerli idarəetmə orqanlarının rəhbərlərini və bələdiyyə şuralarının üzvlərini müəyyən etmək üçün səs verir. Səsvermə prosesi mayın 25-26-sını əhatə edəcək.

Proses nəticəsiz qalarsa, ikinci tur səsvermə iyunun 8-də və 9-da keçiriləcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью