İtaliyada yol qəzasında altı nəfər ölüb, 30 nəfər yaralanıb

02.08.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İtaliyada baş vermiş zəncirvari qəza nəticəsində altı nəfər ölüb, 30 nəfər yaralanıb.

APA xəbər verir ki, “RAI Radio 1”in məlumatına görə, qəza Umbriya və Lazio bölgələri arasında yolda baş verib.

Polisin məlumatına görə, avtobus, səyyar ev və daha üç avtomobilin toqquşması ilə nəticələnən hadisə zamanı sürücü də daxil olmaqla avtobusdakı dörd nəfər və səyyar evdəki iki sərnişin həlak olub.

Yaralanan 30 nəfərdən dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Yol nəqliyyatın hərəkəti üçün bağlanıb, araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью