İtaliyada zəlzələ baş verib

01.04.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın cənubunda, Apuliya bölgəsinin sahillərində, Qarqano və Tremiti adaları arasında 3,8 bal gücündə yeraltı təkan qeydə alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) açıqlama yayıb. Zəlzələnin episentri San Nikandro Qarqaniko şəhərinin yaxınlığında, Foggia bələdiyyəsindən 14 kilometr uzaqlıqda, dənizdə yerləşib. Yeraltı təkanlar 6 kilometr dərinlikdə baş verib.

Təbiət hadisəsi nəticəsində nə insan itkisi, nə də dağıntılar qeydə alınıb.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью