İtaliyada zəlzələ olub

17.02.2025

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyada 3,9 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Episentri Neapol şəhəri olan zəlzələnin ocağı 2,5 kilometr dərinlikdə yerləşib. Bölgədə müxtəlif maqnitudalı ardıcıl 10-dək yeraltı təkanlar olub.

Zəlzələ Neapol və Kampi Fleqreyin müxtəlif bölgələrində hiss olunub, əhali arasında təşviş yaradıb.

Pozzuoli meri Gigi Manzoni fevralın 17-də bütün bələdiyyə ərazisində məktəblərdə tədrisin aparılmayacağını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью