İtaliyada zəlzələ olub AZƏRTAC

29.11.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Roma, 29 noyabr, AZƏRTAC

İtaliyanın cənubundakı Kalabriya regionunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Roma bölməsi məlumat yayıb.

Episentri Kosenza əyalətinin Manqobe bələdiyyəsinin yaxınlığında olan zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkan müxtəlif bölgələrdə aydın hiss edilib, əhali arasında təşviş yaradıb. İnsan tələfatı və dağıntı barədə məlumat verilməyib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью