İtaliyadakı Etna vulkanı yenidən fəallaşıb

04.04.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropanın ən hündür və aktiv vulkanı olan Etna yenidən oyanıb. SİA xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkan kül və lava püskürməyə başlayıb. Vulkanın cənub-şərqindəki kraterdən güclü lava axını müşahidə olunub. Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın şərqində böyük əraziyə yayılıb.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun Kataniya bölməsi bölgədə hava nəqliyyatı üçün xüsusi qırmızı kod xəbərdarlığı edib.

Qeyd edək ki, Etna vulkanında ildə bir neçə dəfə fəallıq müşahidə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью