Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lautaro Martines İtaliyanı tərk edə bilər.
"Football-plus.az" xəbər verir ki, “Barselona” rəhbərliyi “İnter”in futbolçusunu transfer siyahısına daxil edib. Klubun idman direktoru Deku Souza yeni yüksək səviyyəli hücumçu tapmaq üçün bazarı fəal şəkildə araşdırır. 28 yaşlı argentinalı forvard bu prosesdə onun bir nömrəli seçimidi.
Lautaro cari mövsümdə bütün turnirlərdə 18 oyuna çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi.