İtaliyadan Meta ya ağır cəza: 805 milyon avro cərimə

14.11.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın Məlumatların Mühafizəsi Orqanı (Garante della Privacy) Facebook istifadəçilərinin foto və videolarına icazəsiz daxil olmaqda ittiham olunan Meta şirkətini 805 milyon avro cərimələyib.

Turkustan.az xəbər verir ki, qurumun yaydığı açıqlamada cərimənin Facebook tətbiqinin Android əməliyyat sistemindən istifadə edən şəxslərin smartfon qalereyalarındakı foto, video və əlaqəli məlumatlara onların razılığı olmadan daxil olması ilə bağlı olduğu bildirilib.

Qərara əsasən, istifadəçilərdən xüsusi icazə tələb etməyən funksiyanın 60 gün ərzində deaktiv edilməsi də tələb olunub.

Məlumata görə, cəriməyə səbəb 2023-cü ildə istifadəyə verilən “Facebook-da gəzərkən qalereyanızdan təkliflər alın” funksiyası olub. Bu xüsusiyyət vasitəsilə tətbiqin istifadəçilərə lazımi məlumat vermədən və onların xüsusi razılığını almadan qalereyadakı materiallara çıxış əldə etdiyi iddia edilir.

Məsələ ilə bağlı araşdırma Bolzanoda davam etdirilir. İstintaqın 2025-ci ilin iyulunda İstehlakçı Hüquqlarının Müdafiəsi Mərkəzindən daxil olan məlumat əsasında başladıldığı qeyd olunub.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью