İtaliyadan Serbiyaya yollandı

28.07.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Marko Arnautoviçin yeni klubu məlum olub.
"Football-plus.az" xəbər verir ki, “İnter”dən ayrılan avstriyalı hücumçu karyerasını Serbiyada davam etdirəcək. O, “Srvena Zvezda” ilə anlaşıb. 36 yaşlı forvardla müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Arnautoviç “İnter”də 2023-cü ilin avqust ayından çıxış edirdi. O, ötən mövsüm milanlıların heyətində meydana çıxdığı 26 rəsmi matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью