İtaliyadan sülhə dəstək: qətnamə qəbul edildi

19.02.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

İtaliya Senatı Ermənistan və Azərbaycan arasında sülhü dəstəkləyən qətnaməni qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat yayıb.

“Ermənistan və Azərbaycan arasında sülh prosesi istiqamətində təşəbbüslər” qətnaməsi İtaliya Senatı tərəfindən yekdilliklə qəbul edilib.

“İtaliyalı tərəfdaşlarımıza Cənubi Qafqazda stabilliyin təmin edilməsi istiqamətində atdıqları addımlara görə təşəkkür edirik”, – Simonyan bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью