İtaliyalı azarkeşlərdən İsrail komandasına etiraz

22.11.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İtaliyanın Bolonya şəhərində Basketbol üzrə Avropa Liqasının (Euroleague) 12-ci həftəsində keçirilən “Virtus Bolonya” (İtaliya) – “Makkabi” (Təl-Əviv, İsrail) qarşılaşmasından əvvəl İsrail komandası etirazlarla qarşılanıb.

"Cebheinfo.az" xəbər verir ki, oyun öncəsi minlərlə insan şəhər mərkəzindəki Maçore meydanında toplaşaraq, “Makkabi” və ümumilikdə İsrail komandalarının beynəlxalq idman yarışlarında iştirakına etiraz ediblər.

Milli mətbuata əks olunan məlumat və görüntülərə əsasən, aksiya iştirakçıları “İsrailə qırmızı kart göstər” yazılı plakatlar qaldıraraq, Qəzzada fələstinlilərə qarşı soyqırım həyata keçirdiyini iddia etdikləri İsrailin idman yarışlarından uzaqlaşdırılmasını tələb ediblər. Etirazçılar “Fələstinə azadlıq” şüarları səsləndiriblər.

Şəhərdəki yürüş zamanı Lame küçəsində təhlükəsizlik qüvvələri ilə aksiyaçılar arasında qarşıdurma yaşanıb.Polis izdihama su şırnaqları ilə müdaxilə edib, bəzi etirazçılar isə zibil qutularından barrikadalar quraraq məşəllərlə cavab verbilər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью