İtaliyalı basketbolçuya qan xərçəngi diaqnozu qoyulub

17.06.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

İtaliyanın "Virtus" klubunun basketbolçusu Akille Polonaraya qan xərçəngi diaqnozu qoyulub.

Bu barədə Bolonya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı idmançı hazırda xəstəxanada müalicə olunur.

Qeyd edək ki, Akille Polonara 2023-cü ildən "Virtus"un uğurları üçün çalışır. İtaliyalı oyunçu daha əvvəl Türkiyədə "Fənərbağça" və "Anadolu Efes" kimi klubların da formasını geyinib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью