İtaliyalı əfsanəvi boksçu Nino Benvenuti vəfat edib

20.05.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliya idmanının əfsanəsi, keçmiş peşəkar boksçu və aktyor Covanni “Nino” Benvenuti 87 yaşında vəfat edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən dünya və Olimpiya çempionu paytaxt Romada dünyasını dəyişib.

Nino Benvenuti WBC versiyası üzrə keçmiş Avropa və dünya çempionu, 1960-cı il Roma Olimpiadasının qızıl medalçısı olub. O, boks karyerasının sonuna yaxın iki italyan filmində rol alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью