İtaliyalı futbolçu “Arsenal”ı Braziliya klubuna dəyişir

23.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 aprel, AZƏRTAC

İngiltərənin “Arsenal” komandası yayda futbolçusu Jorjinyo ilə yollarını ayıracaq.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi London klubunun gələcək planlarına daxil deyil. Artıq braziliyaəsilli italiyalı oyunçu özünə yeni klub da tapıb. Belə ki, o, karyerasını növbəti mövsümdən “Flamenqo”da davam etdirəcək.

Qeyd edək ki, Jorjinyo 2023-cü ilin yanvarında 11,3 milyon avroya "Çelsi"dən "Arsenal"a keçib. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada cəmi 14 oyunda meydana çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью