Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bolonya"nın hücumçusu Ciro İmmobile karyerasını Fransada davam etdirəcək.
Bizim.Media xəbər verir ki, "Paris" italiyalı forvardın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Paytaxt klubu İmmobile üçün qarşı tərəfə təzminat ödəməyəcək. 35 yaşlı futbolçu qısa zaman ərzində Fransaya gedəcək və "Paris"lə müqavilə imzalayacaq.
Qeyd edək ki, Ciro İmmobile mövsümün əvvəlindən "Bolonya"da çıxış edir. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media