futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Fiorentina”nın hücumçusu Moyze Kin karyerasını “Komo”da davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Klublar arasında əldə olunan razılığa əsasən, “Komo” 26 yaşlı forvardı öncə 10 milyon avroya icarəyə götürəcək. Müqavilədə 25 milyon avroluq məcburi satınalma öhdəliyi və əlavə 5 milyon avroluq bonus şərtləri də yer alıb.
İtaliyalı hücumçu 2025/2026 mövsümündə “bənövşəyilər”in heyətində 33 oyunda meydana çıxaraq 9 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. “Fiorentina” ilə müqaviləsi 2029-cu ilin yayına qədər olan Kinin “Transfermarkt” portalına əsasən hazırkı transfer dəyəri 32 milyon avro qiymətləndirilir.