İtaliyalı məşqçi İngiltərə klubunu ÇALIŞDIRA BİLƏR

04.12.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını İngiltərədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, baş məşqçi dəyişikliyi planlaşdıran “Vest Hem” italiyalı mütəxəssislə maraqlanır.
Komandanın nəticələrindən narazı olan klub rəhbərliyi Xulen Lopeteqi ilə vidalaşmağa hazırlaşır. Onu Alleqrinin əvəzləməsi gözlənilir.
Qeyd edək ki, bu il mayın 17-də “Yuventus”dan ayrılan mütəxəssis həmin vaxtdan klubsuzdur.
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью