Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bolonya”nın baş məşqçisi Vinçenzo İtalyano karyerasını daha iddialı klubda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 48 yaşlı mütəxəssisə əsas maraq “Napoli” tərəfindən göstərilir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Xəbərdə Neapol təmsilçisinin italiyalı çalışdırıcını uzun müddətdir izlədiyi və onu komandanın sükanı arxasında görmək istədiyi qeyd olunub.
Bununla yanaşı, “Milan” və İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut” da İtalyanonun fəaliyyətini diqqətdə saxlayır.
Qeyd edək ki, Vinçenzo İtalyano “Bolonya”ya 2024-cü ildən rəhbərlik edir.
"Yuventus"un futbolçusu mövsümü erkən başa vurdu Kamavinqanın "qələmi qırıldı": HARA GEDƏCƏK? Günün canlı yayımlanacaq matçları - TV AFİŞA ÇL: Həftənin futbolçusu adına namizədlər Nəriman 90 dəqiqə oynadı, "Kolumbus" qələbə qazandı