İtaliyalı mütəxəssis Kaşukdan razıdır

16.11.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna millisinin baş məşqçisi Andrea Maldera “Qarabağ”ın futbolçusu Aleksey Kaşukun milli komandada debütünü dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bu barədə yerli federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib. O, Kaşuku vinger kimi oynatmasından söz açıb:

“Kaşuku niyə o mövqedə oynatdım? O, klubunda da təxminən bu mövqedə çıxış edir. Debüt matçı olduğunu nəzərə alsaq, çox yaxşı oynadı. Onun iki dəfə təşəbbüsü ələ alması nəticəsində iki qol epizodu yaratdıq”.

Kaşuk Ukraynanın Millətlər Liqasında Şimali İrlandiya ilə matçına (0:1) start heyətdə meydana çıxıb və 90 dəqiqə oyunda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью