İtaliyalı stoper üçün böyük təklif

02.11.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Barselona” “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoninin transferi ilə bağlı planlarından əl çəkməyib.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi italiyalı futbolçunun nümayəndələri ilə ünsiyyəti saxlayır və qış transfer pəncərəsində keçidi rəsmiləşdirmək niyyətindədir.

Ötən yay Hans-Diter Flikin “veto” qoyması səbəbindən baş tutmayan transferə müdafiəçi özü də maraq göstərir, lakin o, Flikdən komandadakı rolu ilə bağlı zəmanət gözləyir.

Cari müqaviləsi 2028-ci ilə qədər olan Bastoni “İnter”in yeni sözləşmə təklifini şərtləri qənaətbəxş hesab etmədiyi üçün rədd edib. Milan klubu 70 milyon avro tələb etdiyi üçün “Barselona” bu transferi maliyyələşdirmək adına heyətindəki bəzi futbolçuları satmaq məcburiyyətində qalacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью