İtaliyalı tennisçi 38 ildən sonra rekordu təkrarlayıb

18.11.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

İtaliyalı tennisçi Yannik Sinner 38 ildən sonra rekordu təkrarlayıb.

"Report" xəbər verir ki, 23 yaşlı idmançı buna "2024 ATP Finals"ın həlledici oyununda ABŞ-dən olan Teylor Fritsə qalib gəlməklə nail olub.

Dünyanın bir nömrəli raketka ustası 1986-cı ildən sonra heç bir setdə uduzmadan bu turniri qazanan ilk tennisçidir.

Qeyd edək ki, 1986-cı ildə İvan Lendl eyni uğura imza atıb. Sinner yarışın finalında Fritsi 2:0 (6:4, 6:4) hesabı ilə üstələyib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью