İtaliyalı tennisçi “Böyük dəbilqə” lideridir

03.07.2025

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İtaliyalı tennisçi Yannik Sinner Böyük Dəbilqə turnirlərinin tarixinə düşüb. Belə ki, o bu nüfuzlu yarışlarda 75 qələbə qazanan ilk italiyalı tennisçi olub.

Y.Sinner bunu “Uimbldon”un açılış turunda, ATP reytinqində 95-ci olan həmyerlisi Luka Nardini 3:0 (6:4, 6:3, 6:0) hesabı ilə məğlub edərək reallaşdırıb.

Qeyd edək ki, hazırda dünyanın 1 nömrəli tennisçisi sayılan Yannik Sinner ikinci turda ATP reytinqində 93-cü olan avstraliyalı Aleksandr Vukiçlə üz-üzə gələcək.

M.HACIXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью