İtaliyalı voleybolçu “Fənərbağça”ya keçməsi barədə danışdı

04.05.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 4 may, AZƏRTAC

Növbəti mövsüm Türkiyənin "Fənərbağça" voleybol komandasında çıxış edəcək Alessia Orro İstanbul təmsilçisi barədə danışıb.

AZƏRTAC xəbər verir, italiyalı oyunçu "sarı lacivərdlilər"də oynayacağı üçün xoşbəxt olduğunu bildirib: "Bu komandada oynamaq son dərəcə önəmlidir. Orada çıxış edən voleybolçuları tanımıram, amma ünsiyyət qurmaq və meydana çıxmaq üçün səbirsizlənirəm. Səni sevirəm, Fənərbağça".

Qeyd edək ki, hazırda Akessia Orro ölkəsinin "Vero Volley Milano" kmandasının formasını geyinir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью