İtaliyalının rekordu iki günə qırıldı

16.10.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Milan” Avropa Liqasının II turunda səfərdə “Zalsburq”a qalib gəlib – 4:0.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar”ın futbolçusu Alfaco Sisse matçda üç qolla yadda qalıb. O, avrokuboklarda het-trik edən ən gənc italiyalı oyunçu ünvanına yiyələnib. Sisse het-trik etdiyi matç zamanı 19 yaş 358 günlük idi.

Bundan əvvəlki rekord isə iki gün öncə qeydə alınmışdı. “Brügge”nin futbolçusu Nikolo Tresoldi 22 yaş 54 günlüyündə “İnter”lə matçda üç qola imza atmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью