İtaliyanın ANSA agentliyinin 80 illiyi ilə bağlı fotosərgi açılıb AZƏRTAC

16.01.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Roma, 16 yanvar, AZƏRTAC

İtaliyanın ANSA informasiya agentliyinin 80 illik yubileyi münasibətilə Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyində fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, “80 illik tarix, 80 illik ANSA” adlı sərginin açılış mərasimində İtaliya Prezidenti Sercio Mattarella, agentliyinin idarə heyətinin üzvləri və digər media qurumlarının rəhbərləri iştirak ediblər. Burada ANSA agentliyinin İtaliyanın tarixini əks etdirən və ölkə tarixində damğası olan hadisələrlə bağlı nadir fotoşəkilləri nümayiş olunur. Sərgi fevralın 9-dək davam edəcək.

Qeyd edək ki, ANSA-nın arxivində 13 milyondan çox fotoşəkil var və agentlik hər gün 2500-dək foto yayımlayır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью